REGİONLAR


Sumqayıt teatrı “Kimdir müqəssir” əsərini tamaşaya hazırlayır

Sumqayıt, 1 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə bu il maarifpərvər yazıçı, görkəmli dramaturq, teatr təşkilatçısı, milli mücadilə tarixində silinməz izi olan Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi qeyd olunur. Sumqayıt Dövlət Dram Teatrı Ə.Haqverdiyevin 150 illiyi çərçivəsində ədibin "Kimdir müqəssir” əsərini repertuar planına daxil edib.

Teatrdan AZƏRTAC–a bildirilib ki, tezliklə “Evdə al, tamaşa izlə” layihəsi çərçivəsində tamaşanın onlayn təqdimatı baş tutacaq. Tamaşanın rejissoru Fuad Kazımov mövcud vəziyyətlə bağlı onlayn məşqlər aparır.

Sumqayıt Dövlət Dram Teatrı “YouTube” kanalı, “Instagram” və “Facebook” hesabını açaraq tamaşaçılarla xüsusi karantin şəraitində virtual aləmdə daha sıx ünsiyyət qurmağa çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.