REGİONLAR


Sumqayıt teatrı “Nəsimi ili, Nəsimi dili” adlı festivalda “Şair və Sultan” kompozisiyası ilə çıxış edəcək

Sumqayıt, 11 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Aprelin 12-də Bakı Uşaq Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqı “Nəsimi ili” çərçivəsində “Nəsimi ili, Nəsimi dili” adlı festival keçirəcək.

AZƏRTAC xəbər verir ki, festivalda Sumqayıt Dövlət Dram Teatrının kollektivi Ə.Qiyasın “Şair və Sultan” kompozisiyası ilə iştirak edəcək.

Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov və gənc aktyor Şəmistan Süleymanlı ilə Xalq artisti Firudin Məhərrəmovun hazırladığı tamaşa-kompozisiya taxt-tac sahibi ilə şairin mükaliməsinə həsr olunub. Sultan gizlicə hürufiliyi öyrənir, Nəsiminin şeirlərini və fəlsəfi düşüncələrini mənimsəyir. Nəsiminin Allahı dandığını deyil, ona daha böyük sevgi fəlsəfəsi ilə yanaşdığını dərk edir. Taxt-tac sahibi şairi xilas etmək istəyir. Amma mükalimədə məlum olur ki, bu məşəqqətli yol sadəcə oxumağı, öyrənməyi deyil, ruhi bağlılığı da tələb edir. Kamil insan fəlsəfəsində mənsəb, maddiyyat bolluğu əsas deyil. Gərək mənən də, cismən də odun içindən keçəsən, inam və iman sayəsində əngəlləri adlaya biləsən. Sonda taxt-tac sahibi sözün qüdrəti qarşısında aciz qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.