REGİONLAR


Sumqayıt teatrı Novruz bayramı günlərində kiçikyaşlı tamaşaçıları sevindirəcək

Sumqayıt, 19 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl-tamaşası ilə kiçikyaşlı tamaşaçıların görüşünə gəlib.

AZƏRTAC xəbər verir ki, Novruz elementləri ilə fərqli çalarda hazırlanan, bayram tətili günlərində tamaşaçıların xoş istirahətlərini təmin etmək məqsədilə repertuara əlavə olunan nağıl–tamaşada gənc və istedadlı aktyorlar yer alıb.

Səhnə əsərində obrazları Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Etibar Əmirov, Şəmistan Süleymanlı, Mətləb Səfərli və Rövşən Əsgərov canlandırır.

Qeyd edək ki, bayram tamaşaları martın 25-dək hər gün 3-4 seans olmaqla saat 11:00, 13:00, 15:00 və 17:00-da oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.