REGİONLAR
Sumqayıt teatrı “Oğru” tamaşasının premyerasına hazırlaşır
Sumqayıt, 8 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı premyeraya hazırlaşır. Truppa yaxın günlərdə Marsel Berkye Marinyenin “Oğru” əsərinin tamaşasını sənətsevərlərə təqdim edəcək.
Teatrın baş rejissoru, Əməkdar Artist Firudin Məhərrəmov AZƏRTAC–a bildirib ki, rejissor Rövşən Almuradlının quruluş verdiyi tamaşa komediya janrındadır. Səhnə əsərinin süjetində əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.
Tamaşada Əməkdar Artist İzaməddin Bağırov, aktyorlar Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova və İlahə Səfərova iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]