MƏDƏNİYYƏT


Sumqayıt teatrı mövsümü başa vurub

Bakı, 24 iyul, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı 49-cu teatr mövsümünü başa vurub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mövsümün bağlanışı ilə əlaqədar teatrda geniş toplantı keçirilib.

Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxışında repertuar siyasətinin qurulmasından geniş danışıb. Baş rejissor və quruluşçu rejissorlara tövsiyə və tapşırıqlarını verib. Həmçinin qeyd edib ki, yaradıcılıq imkanlarının gücləndirilməsi üçün hər kəs öz üzərində çalışmalıdır. Dünya teatrları ilə inteqrasiya üçün yaradıcılıqla yanaşı PR işi ön plana çıxarılmalıdır. “Tamaşaçıların bədii-estetik zövqünün formalaşması, eyni zamanda, vətənpərvərlik hisləri aşılayan, milli mənəvi dəyərləri, dövlətçiliyi təbliğ edən əsərlər səhnə həllini tapmalıdır. Prezidentin müvafiq Sərəncamı ilə bu sənət ocağının 50 illik yubileyinin qeyd olunması da bizi sevindirir. Biz bu yubiley tədbirində teatrın keçdiyi şərəfli yolu tamaşaçılara göstərməliyik. Sumqayıt Dövlət Dram Teatrı bundan sonra da nəinki respublika səviyyəsində, dünya çapında belə layiqli yer tutmaq iqtidarındadır”,- deyə teatrın direktoru vurğulayıb.

Sonra teatrın rəhbəri M.Həmidov yeni mövsümdə görüləcək işlər barədə məlumat verərək kollektivə mənalı istirahət arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.