REGİONLAR


Sumqayıt teatrı yanvarın son günlərində tamaşaçıların görüşünə üç əsərlə gəlir

Sumqayıt, 18 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı son bir ildə tamaşaçıların teatra marağının artırılmasına yönəlmiş bir sıra yaradıcı layihələri sınaqdan keçirib və bu təcrübələr uğurlu nəticə verib. Teatr rəhbərliyinin təşəbbüsü ilə gerçəkləşən layihələr tamaşaçı- teatr münasibətlərinin səmimi məcraya istiqamətlənməsinə töhfə verir.

Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov AZƏRTAC–a bildirib ki, hazırda C.Patrikin "Qarını öldürməliyik", T.Özakmanın “Ocaq”, N.Muradoğlunun “Zülmətdə nur” əsərləri əsasında hazırlanmış tamaşaların reklam çarxları əhalinin sıx olduğu yerlərdə nümayiş etdirilir. Bu tamaşaların hər birində yeniyetmə və gəncləri düşündürə biləcək mövzular qabardılır.

Reklam çarxlarının nümayişinin artıq öz bəhrəsini verməkdə olduğunu deyən M.Həmidov bildirib ki, ictimai nəqliyyatda yayımlanan videoçarxa Sumqayıt sakinlərinin reaksiyasını bilmək, eyni zamanda, teatrın sosial şəbəkə hesabları vasitəsilə tamaşaçı rəyini öyrənmək də repertuarın günün tələbinə uyğun qurulmasına kömək edir.

Qeyd edilib ki, yanvarın 26, 27 və 31–də saat 18:00-da Sumqayıt Dövlət Dram Teatrında "Qarını öldürməliyik", “Ocaq”, “Zülmətdə nur” tamaşaları göstəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.