REGİONLAR


Sumqayıt teatrı yeni mövsümün ilk uşaq tamaşasını təhvil verib

Sumqayıt, 20 oktyabr, AZƏRTAC 

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı 49-cu mövsümün ilk uşaq tamaşasını təhvil verib. Belə ki, rejissor Vasif Məmmədov H.X.Andersenin “Şahzadənin ulduzu” əsərinin səhnə versiyasını hazırlayıb.

Teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi İslam Həsənov AZƏRTAC–a bildirib ki, tamaşanın premyerası oktyabrın 21-də keçiriləcək. Azyaşlılar üçün nəzərdə tutulan tamaşada obrazları İlqar İbrahimov, Şəhla Məmmədova, Etibar Əmirov, Vəfa Qurbanova, İradə Zeynalova, Sevda Hüseynova, Cavanşir Eyyubov, Elmir Mehdiyev və Orxan Firudinov canlandırıblar.

Eyni zamanda, aktyor heyəti oktyabrın 24-də İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası əsasında Əməkdar Artist Firudin Məhərrəmovun quruluş verdiyi “Toy olsun” tamaşası ilə də çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.