REGİONLAR


Sumqayıt teatrından yeni layihə

Sumqayıt, 5 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Dram Teatrı 2019-cu ilin ilk ayında yeni layihəyə start verəcək. Gələn il Sumqayıt şəhərinin yaranmasının 70 illik yubileyi qeyd ediləcək. Dram teatrının yeni layihəsi də doğma şəhərin yubileyinə həsr olunur.

“Sevgilim Sumqayıt” adlanan yeni layihə Sumqayıtın dünəni, bu günü və sabahı haqqında bədii, dolğun və təsirli süjet xətti, müxtəlif xarakterli maraqlı obrazlarla zəngin səhnə əsəridir.

Layihənin ideya müəllifi teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov AZƏRTAC–a bildirib ki, pyesin müəllifi Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirli, quruluşçu rejissoru teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmovdur.

Sumqayıt sakini bir qadının həyatından bəhs edən “Sevgilim Sumqayıt” əsərində teatrın gənc və orta nəsil aktyorları rol alacaqlar. “İnanırıq ki, Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş bu layihə Sumqayıt Dövlət Dram Teatrı kollektivindən şəhərimizin sakinlərinə layiqli yubiley hədiyyəsi olacaq”, - deyə Mübariz Həmidov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.