REGİONLAR


Sumqayıt teatrının “Missiya” tamaşası Dövlət Sərhəd Xidməti Akademiyasında nümayiş olunub

Sumqayıt, 31 mart, AZƏRTAC

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Dövlət Sərhəd Xidməti Akademiyasında Sumqayıt Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə layihəsi təqdim olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə şəxsi heyət və qonaqlar xalqımızın milli mücadilə yolunu əks etdirən rəsm əsərlərinə baxış keçiriblər.

Tədbirdə Akademiya rəhbərinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Tural Kərimli, yazıçı Hafiz Ataxanlı və Xalq artisti Firudin Məhərrəmov istiqlal tariximizin önəmli dövrləri barədə fikirlərini səsləndiriblər.

Sonra Hafiz Ataxanlının qələmə aldığı, Xalq artisti, Prezident mükafatçısı Firudin Məhərrəmovun quruluş verdiyi “Missiya” tamaşasının nümayiş olunub.

Tamaşadan sonra DSX Akademiyasının rəisi, general-mayor Azər İbrahimov çıxış edərək yaradıcı heyətə minnətdarlığını bildirib və layihə iştirakçılarının bir qrupuna fəxri fərman təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.