REGİONLAR


Sumqayıt universitetində səyyar kitab sərgisi açılıb

Sumqayıt, 6 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Noyabrın 6-da Səməd Vurğun adına Mərkəzi Kitabxananın təşəbbüsü ilə Sumqayıt Dövlət Universitetində (SDU) “Bayrağımız – and yerimiz” adlı səyyar sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, universitetin rektoru, professor Elxan Hüseynov açılış mərasimində sərginin həsr edildiyi Dövlət Bayrağı Gününün əhəmiyyətindən danışıb.

“Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. 2018-ci il respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib, ölkəmizdə və xaricdə bu münasibətlə silsilə tədbirlər keçirilir, müstəqillik tariximizə nəzər salınır, cümhuriyyətin dövlətçilik salnaməsində yeri və rolu işıqlandırılır”, - deyə rektor bildirib.

Səməd Vurğun adına Mərkəzi Kitabxananın şöbə müdiri Nailə Əsgərova vurğulayıb ki, bu kimi sərgiləri keçirməkdə məqsəd gənclərdə Vətənə, bayrağa, torpağa məhəbbət, sevgi hislərini aşılamaq və Mərkəzi Kitabxananın fondunda olan ədəbiyyatları təbliğ etməkdir.

Sərgidə 200-ə yaxın kitab və jurnal, o cümlədən ümummilli lider Hеydər Əliyеvin, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının şərəfli həyat yolunun və siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən kitablar nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.