REGİONLAR


Sumqayıt xəstəxanasına yerləşdirilən mədəniyyət işçilərinin vəziyyəti həkimlərin diqqət mərkəzindədir

Sumqayıt, 22 mart, AZƏRTAC

Martın 22-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan Xalq artisti Mehriban Zəki və Əməkdar artist Dilarə Əliyeva Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub.

Xəstəxananın baş həkimi Rauf Sadiqov AZƏRTAC-a bildirib ki, hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alan Mehriban Zəkinin vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Kəllə beyin travması alan pasiyentə bütün zəruri tibbi yardım göstərilir. Yüngül xəsarət alan Dilarə Əliyevanın da vəziyyəti həkimlərin nəzarətindədir.

Qeyd edək ki, qəza nəticəsində Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.