CƏMİYYƏT


Sumqayıtda 13 yaşlı uşaq itkin düşüb

Sumqayıtda 13 yaşlı uşaq itkin düşüb

Bakı, 27 mart, AZƏRTAC

Sumqayıtda 13 yaşlı uşaq itkin düşüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Onun əlamətləri belədir: boyu 155 sm., arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir.

Evdən çıxarkən əynində qara rəngli parça gödəkcə, qara rəngli poliver, tünd göy rəngli parça şalvar, ayağında tünd göy rəngli idman ayaqqabısı olub.

Şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 65 4-02-02; (018) 65 5-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.