REGİONLAR


Sumqayıtda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Sumqayıt, 20 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

İyirmi Yanvar günü Azərbaycan xalqının milli suverenlik, azadlıq uğrunda yenilməz iradəsinin, mübarizəsinin şanlı səhifəsidir. Düz 30 il əvvəl təpədən-dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi.

AZƏRTAC xəbər verir ki, 20 Yanvar faciəsinin 30-cu ildönümündə Sumqayıtdakı “Şəhidlər xiyabanı” memorial kompleksində anım tədbiri keçirilib.

Yüzlərlə sumqayıtlı səhər saatlarında Sumqayıtdakı 405 şəhidin məzarını ziyarət ediblər.

Tədbir iştirakçıları arasında Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri də olub.

Saat 12-də şəhərdə bir dəqiqəlik sükut olub.

Sonra mərasim iştirakçıları şəhidlərin məzarları üzərinə qərənfillər düzüb, ruhlarına dualar oxuyublar.

Həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş şəhidlərin xatirəsinə ucaldılan abidə də ziyarət olunub, önünə güllər düzülüb.

Daha sonra 1990-cı ilin Yanvar hadisələri zamanı, Sumqayıt-Bakı magistral yolunun 24-cü kilometrliyində, Ceyranbatan qəsəbəsi ərazisində şəhid olmuş sumqayıtlı alimlər – İbrahim İbrahimov, İsmayıl Mirsaqulov və Svetlana Məmmədovanın xatirə abidəsi də ziyarət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.