REGİONLAR


Sumqayıtda 2 nömrəli şəhər xəstəxanası əsaslı təmir olunacaq

Sumqayıt, 6 fevral, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhərində səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqlarla təchiz edilməsi daim gündəmdə olan məsələdir.

Şəhər səhiyyə şöbəsindən AZƏRTAC–a bildirilib ki, 2018–ci ildə 4 nömrəli şəhər poliklinikası və 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsində əsaslı, Təcili Tibbi Yardım Stansiyası, 4 nömrəli şəhər xəstəxanası, 1 nömrəli uşaq poliklinikası, uşaq stomatoloji poliklinikası və səhiyyə şöbəsinin inzibati binasında isə cari təmir işləri aparılıb.

Bu il 2 nömrəli şəhər xəstəxanası da əsaslı təmir olunacaq. Hazırda xəstəxananın şöbələri digər tibb müəssisələrinə köçürülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.