ELM VƏ TƏHSİL


Sumqayıtda 9 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılışı olub

Bakı, 15 sentyabr, AZƏRTAC 

Sentyabrın 15-də Sumqayıtın İnşaatçılar qəsəbəsində yerləşən 9 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə və məktəb direktoru iştirak ediblər.

Açılışda məlumat verilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən 1176 şagird yerlik yeni bina inşa edilib. 4 korpusdan ibarət olan məktəb binasında 69 sinif otağı, müasir istilik sistemi ilə təchiz olunmuş fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.

Daha sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.