REGİONLAR


Sumqayıtda “Alovlu Qafqaz” devizi ilə uşaq və gənclərin beynəlxalq rəqs və yaradıcılıq festivalı keçirilib

Sumqayıt, 3 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda “Alovlu Qafqaz” devizi ilə uşaq və gənclərin beynəlxalq rəqs və yaradıcılıq festivalı keçirilib. Kimyaçılar Mədəniyyət Sarayında keçirilən festival Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və şəhər Təhsil Şöbəsinin birgə dəstəyi ilə təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Quba şəhər Uşaq və Gənclər İnkişaf Mərkəzinin direktoru Ramin Məmmədlinin təşəbbüsü ilə keçirilən festivalda Azərbaycan və Gürcüstanı təmsil edən folklor kollektivləri və rəqs ansamblları bir-birindən maraqlı çıxışlar ediblər.

Sumqayıt şəhər “Dostluq” Mədəniyyət Evinin “Xəzri” mahnı və rəqs ansamblının bədii rəhbəri Vüqar Cəfərovun, “Atəşgah” rəqs qrupunun bədii rəhbəri Murad Paşayevin ifasında Azərbaycan rəqsləri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Sonda festival iştirakçıları diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.