Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Sumqayıtda “Alyans Tekstil” tikiş fabriki fəaliyyətə başlayıb VİDEO

Sumqayıt, 13 yanvar, AZƏRTAC 

Yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikinin açılışında iştirak edib. 

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadiyyatın neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunur. Qeyri-neft sektorunun inkişaf etdirilməsində isə sahibkarlığın rolu böyükdür. Təsadüfi deyil ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Bu baxımdan dövlət tərəfindən ayrılan kreditlər və İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər xüsusi önəm kəsb edir. Güzəştli kreditlər hesabına son illər bölgələrdə iri istehsal, emal və infrastruktur müəssisələri istifadəyə verilib. 2014-cü ildə bu proses davam etdirilib. Fond tərəfindən indiyədək ümumi dəyəri 60 milyon manat olan 7 tekstil fabrikinin yaradılmasına və ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 28,4 milyon manat güzəştli kredit ayrılıb. Almaniya, Belçika, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Yaponiya və Türkiyənin müasir texnologiya və avadanlıqları əsasında qurulan 5 fabrik artıq istifadəyə verilib. Bu fabriklərin fəaliyyətə başlaması istehlakçıların tələbata uyğun yüksək keyfiyyətli müxtəlif tekstil və trikotaj məhsulları ilə təmin edilməsinə imkan yaradıb. Belə iri layihələrdən biri də Sumqayıt şəhərində “Alyans Tekstil” tikiş fabrikidir. Bu layihənin həyata keçirilməsinə də Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit ayrılıb.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq inşa edilmiş fabrikin sahəsi 2,4 hektardır. Ümumi dəyəri 6,1 milyon manat olan fabrikin tikintisinə Sahibkarlığa Kömək Milli Fondundan 1 milyon manat güzəştli kredit ayrılıb.

Prezident İlham Əliyevə indiyədək Sumqayıt şəhəri üzrə ayrılan güzəştli kreditlər barədə də məlumat verildi. Bildirildi ki, indiyədək Sumqayıt şəhərində 354 sahibkarlıq subyektinin ümumi dəyəri 320 milyon manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət tərəfindən 120,6 milyon manat, o cümlədən müasir texnologiyaların tətbiqinə əsaslanan, ümumi dəyəri 268,2 milyon manat olan 18 investisiya layihəsinin maliyyələşdirilməsinə 104,2 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 5900-dən çox yeni iş yeri yaradılıb. Kreditlərin 219-u kiçik həcmlidir və bu layihələrin maliyyələşdirilməsinə 1,6 milyon manat güzəştli kredit verilib. Həmin kreditlər hesabına isə 560-dan çox sakin işlə təmin olunub.

Prezident İlham Əliyev “Alyans Tekstil” tikiş fabrikini işə saldı. 

Məlumat verildi ki, tekstil fabriki 2 əsas istehsal və 4 köməkçi sahədən ibarətdir.

Dövlətimizin başçısı fabrikin dünyanın ən qabaqcıl şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmiş tikiş sahəsində istehsal prosesi ilə tanış oldu.

Bildirildi ki, fabrik ildə 100 min dəst müxtəlif işçi geyimləri -gödəkçələr, kombinezonlar, kostyum və dəstlər istehsal etmək gücünə malikdir. Dövlətin maliyyə dəstəyi ilə fabrikin yeni tikilmiş istehsal binasında tamamlama işləri aparılıb və avtomatik parça sərim xətti, alt və üst transportlu iplik kəsməli tikiş maşınları, qurutma konveyerləri, loqotip və yazı vurulması üçün boya avadanlığı, naxış və universal tikiş maşınları quraşdırılıb. Toxunan parça texnologiyaya əsasən sərmə, qatlama və kəsmə proseslərindən sonra tikiş sahəsinə verilir. İstehsal olunan məhsulun üzərinə hörmə və ya boya ilə sifarişçinin istəyinə uyğun olaraq onun loqosu və adı vurulur.

Dövlətimizin başçısı burada istehsal olunan məhsulların nümunələrinə baxdı. Fabrikin əsas xammalı olan parça Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyə dəstəyi göstərilən “Gilan” Tekstil Parkından alınır. Müəssisədə ən müasir texnologiyanın tətbiqi beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli tekstil məmulatları istehsalına və hazır məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur. Belə müasir kompleksin Sumqayıtda inşa olunması respublikamızda gedən uğurlu sənayeləşmə siyasətinin bir nümunəsidir. Layihələrin icrası nəticəsində fabrikdə 200 iş yeri yaradılıb. Müəssisədə işçilərin məhsuldar çalışmaları üçün hər cür  şərait var.

Prezident İlham Əliyev fabrikin kollektivi ilə görüşdü.

X X X

Fabrikin kollektivini salamlayan dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

- Sizi ürəkdən təbrik edirəm. Bu gün Sumqayıtda yeni gözəl sənaye müəssisəsi, tekstil fabriki açılır. Bu, gözəl hadisədir. Şadam ki, fabrikdə bütün işlər yüksək səviyyədə qurulub. Çox gözəl iş şəraiti var, avadanlıq quraşdırılıb, ən yüksək standartlar tətbiq olunub. Ən sevindirici hal ondan ibarətdir ki, fabrikdə çalışanların mütləq əksəriyyəti qadınlardır. Yəni, bu, yeni iş yerlərinin açılması deməkdir. Burada 200 insan işlə təmin olunub. Maaş da yaxşıdır. Yəqin ki, gələcəkdə daha da artacaq. Çünki fabrikin uğurlu fəaliyyəti bunu təmin edəcəkdir.

Sumqayıtda bu gün başqa bir istehsalat sahəsi açılır - beton zavodu. Oraya da gedib baxacağam. Yəni, hər il Sumqayıtda çox gözəl yeni sənaye müəssisələri açılır ki, bu, həm insanları işlə təmin edir, eyni zamanda, ölkəmizin inkişafını təmin edir. Keçən il Azərbaycanda “Sənaye ili” elan edilmişdi. Bu fabrik də əslində keçən il tikilmişdir. Ümumilikdə keçən il 200-dən çox iri sənaye müəssisəsi açılmışdır ki, bu da ölkəmizin inkişafına xidmət göstərir.

Sumqayıt ənənəvi olaraq sənaye şəhəri kimi salınmışdır. Bu gün isə Sumqayıt müasir sənaye şəhəridir. Burada yaradılan istehsalat sahələri, böyük elektrik stansiyası, aparılan abadlıq işləri məni çox sevindirir. Mən Sumqayıta hər il səfər edirəm, bəzi hallarda ildə iki dəfə. Hər dəfə burada vəziyyətlə tanış oluram və yeni böyük müəssisələrin açılışlarında iştirak edirəm.

Sumqayıtda Texnologiya Parkı neçə ildir ki, fəaliyyət göstərir. Kimya Parkı, digər istehsalat zonaları. Yəni, Sumqayıt əslində nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Biz insanları işlə təmin etmək üçün böyük işlər görürük. Biz bunu Sumqayıtın timsalında əyani şəkildə görürük. Çünki Sumqayıtda işsizlik demək olar ki, aradan qaldırılıb. Qadınlar da işlə təmin edilir. Əgər ailənin hər iki üzvü işləsə əlbəttə ki, bu, ailə büdcəsinə də əlavə dəstək olacaq. Uşaq bağçaları da tikilməlidir ki, qadınların vaxtı olsun, gəlib işləsinlər. Biz bu işlərlə də məşğul oluruq. Yəni, ölkəmizdə həm sosial, həm iqtisadi və sənaye ilə bağlı məsələlər ardıcıl şəkildə həll edilir.

Ölkəmiz inkişaf edir. Keçən ili də uğurla başa vurmuşuq. Bu ili də uğurla başa vuracağıq. Baxmayaraq ki, dünyada indi müxtəlif proseslər gedir. Bölgədə iqtisadi vəziyyət o qədər də ürəkaçan deyil. Azərbaycanda heç bir çətinlik gözlənilmir. Yeni sənaye müəssisələri açılacaq, insanlar işlə təmin olunacaqlar. Bizim iqtisadi inkişafımız təmin ediləcək və xalqımızın rifah halı yaxşılaşacaq.

Mən sizi ürəkdən salamlayıram. Bildiyiniz kimi, mən hər il dəfələrlə bölgələrdə oluram, vəziyyətlə tanış oluram. Bu il isə ilk səfərimi Sumqayıta edirəm. Əminəm ki, Sumqayıtda bütün işlər bundan sonra da yüksək səviyyədə təşkil ediləcək. Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Kollektivin adından dövlətimizin başçısına minnətdarlıq edən fabrikin əməkdaşı Səbirə CAMAYEVA dedi:

- Xoş gəlmisiniz, cənab Prezident.

Şəhərimizdə açılan bu gözəl müəssisəyə görə Sizə minnətdarıq. Gördüyünüz bu müəssisədə bizim üçün hər cür şərait yaradılıb. Bu gün dünyanın bir çox ölkələrində böhran olmasına baxmayaraq, Azərbaycanımızda yeni müəssisələr açılır. Biz ölkəmizdə çox rahat, firavan yaşayırıq, sülh və əmin-amanlıqdır. Hər bir sahədə inkişaf var. Balalarımızın gələcəyinə də böyük ümidlə baxırıq. Çünki ölkəmizin Sizin kimi rəhbəri var. Gördüyünüz bütün işlərə görə Sizə minnətdarıq. Biz fəxr edirik ki, bu gün doğrudan da, sözün əsl mənasında, müstəqil dövlətdə yaşayırıq. Qürur hissi duyuruq ki, xalqımızın Sizin kimi müdrik Prezidenti var. Çox sağ olun.

Müəssisənin digər əməkdaşı Naibə MƏMMƏDOVA dedi:

- Cənab Prezident, biz Sizə Sumqayıta göstərdiyiniz diqqət və qayğıya görə minnətdarıq. Sizin sayənizdə şəhərimiz gündən-günə gözəlləşir, abadlaşır. Bu, biz sumqayıtlıları çox sevindirir. Gördüyünüz işlərə görə Sizə “Çox sağ olun” deyirik. Sizə və hörmətli Mehriban xanıma uzun ömür, cansağlığı arzulayırıq.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Bu fabrikin tikintisində əlbəttə ki, özəl sektor öz sözünü deyib. Əsas vəsaiti sahibkarlar qoyublar. Ancaq dövlət də öz dəstəyini göstərmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu fabrikin yaradılmasına dəstək verilmişdir. Yəni, dövlət sahibkarları dəstəkləyir, həm siyasi, həm maddi dəstək göstərir, güzəştli şərtlərlə kreditlər verir. Sahibkardan da tələbimiz ondan ibarətdir ki, yeni iş sahələri, istehsalat sahələri yaratsınlar, ölkəmizi gücləndirsinlər. Özləri üçün də imkan yaratsınlar və o müəssisələrdə işləyən insanlara da yaxşı xidmət etsinlər. Çünki siz Azərbaycanın iqtisadi və sənaye potensialını yaradan insanlarsınız. Sahibkar əlbəttə ki, bu müəssisənin sahibidir. Ancaq bu müəssisənin əsas iştirakçısı sizlərsiniz, burada işləyənlər - mütəxəssislər, fəhlələr. Beləliklə, burada hər müəssisədə çox sağlam bir ab-hava olmalıdır. İnsanlar razı olmalıdırlar, yaxşı maaş almalıdırlar. Onların iş şəraiti yaxşı olmalıdır. Biz buna çalışırıq və bu gün Azərbaycanın müxtəlif yerlərində müəssisələr bax, bu səviyyədə yaradılır. İnsanların əməkhaqqı vaxtında verilməlidir, iş şəraiti yaxşı səviyyədə olmalıdır ki, hər bir ailə normal yaşasın, dolansın və ildən-ilə insanların rifah halı artsın.

Sumqayıtda digər başqa layihələr də icra edilib. Şəhər gözəlləşir, abadlaşır. Sumqayıt indi ekoloji cəhətdən ən təmiz şəhərlərdən biridir. Vaxtilə Sumqayıtı ekoloji fəlakət şəhəri kimi təsvir edirdilər. Əfsuslar olsun ki, bəzi hallarda Azərbaycana qarşı aparılan kampaniya çərçivəsində yenə də Sumqayıt haqqında həqiqəti əks etdirməyən sözlər deyilir. Amma buraya gələn hər bir insan görür ki, indi Sumqayıt parklar şəhəridir. Sənaye müəssisələrində bütün ekoloji standartlar gözlənilir, tətbiq edilir. Havası təmiz, gözəl infrastrukturu olan bir şəhərdir. Son illərdə Sumqayıtda bir neçə park qurulub, yenidən salınıb, əsaslı təmir edilib. Şəhər gözəlləşir, binalar tikilir. Mən dəfələrlə demişəm ki, Sumqayıtda gedən işlər Bakıda gedən işlərin səviyyəsində olmalıdır.

Burada “ASAN xidmət” yaradılıbdır. Yəqin ki, siz də bu imkanlardan istifadə etmisiniz və görmüsünüz ki, bu yenilik insanlara nə qədər rahatlıq gətirir.

Biz çalışmalıyıq ki, Azərbaycanda hər bir sahədə ən müasir təcrübə tətbiq olunsun - sənaye müəssisələrində, məişət məsələlərinin həllində, insanlara göstərilən xidmətlərdə. Biz buna nail oluruq.

Sizi bir daha ürəkdən təbrik edirəm. Sizə uğurlar arzulayıram.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Sumqayıtda “Alyans Tekstil” tikiş fabriki fəaliyyətə başlayıb VİDEO

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb

Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik

® “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib

Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib

Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib

Azərbaycan taekvondoçusu: Ümid edirəm ki, Paris Olimpiadasında medallarımızın sayı Tokiodakından çox olacaq

Bakının daha bir prospektində velosiped yolu salınır

Azərbaycan Prezidenti: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Birinci rübdə neft-qaz sektoru üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu 5 faiz ötüb

Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək

Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik

Pakistan iqtisadiyyatında artım müşahidə olunur

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 44 faiz çoxalıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin media üçün məlumatı

Prezident İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq

Bu il Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb

BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq

Ağdamda əmək yarmarkası təşkil olunacaq