REGİONLAR


Sumqayıtda Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilib VİDEO

Sumqayıt, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC

Bu il Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur. Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək yaratdığı rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəmizi daha da zənginləşdirən görkəmli söz ustadıdır.

AZƏRTAC xəbər verir ki, Sumqayıtdakı Kimyaçı Mədəniyyət Sarayında ustad sənətkarın yubileyi qeyd olunub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssissə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, Aşıq Şəmşirin ailə üzvləri, həmçinin söz-saz adamları iştirak ediblər.

Sumqayıt Dövlət Dram Teatrının truppasının hazırladığı bədii gecədə Aşıq Şəmşirin həyat və yaradıcılığından danışılıb. Ədibin doğma yurdu Kəlbəcərdən, həmçinin zəngin yaradıcılığından bəhs edən videoçarxın müşayiəti ilə keçən tədbirdə sazlı-sözlü qonaqlar Aşıq Şəmşirin şeirlərini səsləndirib, nəğmələrini oxuyublar.

Yubiley gecəsində 1955-ci ildə Kəlbəcərdə İstisu yaylaqlarında istirahət edən Xalq Şairi Səməd Vurğunla böyük el sənətkarı Aşıq Şəmşirin görüş səhnəsi də canlandırılıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı, sənətkarın nəvəsi Cavid Qurbanov tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. O, saz-söz ustadı Aşıq Şəmşirin Azərbaycan ədəbiyyatına bəxş etdiyi zəngin mədəni irsdən söz açıb, babası haqqında maraqlı xatirələrini bölüşüb.

Ümummilli lider Heydər Əliyevin xalqımızın ən qədim mənəvi dəyərlərindən olan aşıq sənətinə, XX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Şəmşirin yaradıcılığına göstərdiyi diqqət və qayğıdan danışan C.Qurbanov Prezident İlham Əliyevin Sərəncamı ilə söz ustadının 125 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini vurğulayıb. O, bu diqqət və qayğıya görə ailəsi adından minnətdarlığını bildirib.

Tədbir aşıq ifaları ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.