REGİONLAR


Sumqayıtda Aşura günü könüllü qanvermə aksiyası təşkil olunacaq

Sumqayıt, 3 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Son illər Məhərrəm ayında Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib nümunələrdən biridir. Ölkənin bir çox yerlərində olduğu kimi, Sumqayıt şəhərində də Aşura günündə qanvermə aksiyası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi məlumata görə, qanvermə aksiyası avqustun 8-də Məhərrəmlik ayının onuncu günü olan Aşura günündə Mərkəzi Qan Bankının (MQB) Sumqayıt bölməsində təşkil ediləcək. Könüllü qan vermək istəyənlər Sumqayıt şəhəri, 9-cu məhəllə, M.Hüseynzadə küçəsi, Təcili Tibbi Yardım Xəstəxanası, 1-ci korpusun 1-ci mərtəbəsində yerləşən MQB şəhər bölməsinə yaxınlaşa bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.