CƏMİYYƏT


Sumqayıtda “Azərbaycan Dəmir Yolları” QSC-nin yükvurma stansiyasında yanğın olub

Bakı, 5 iyul, AZƏRTAC

Sumqayıt şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin hazırda fəaliyyət göstərməyən və məcburi köçkünlərin məskunlaşdığı yükvurma stansiyasının ərazisində ümumi sahəsi 100 kvadratmetr olan taxtadan ibarət köməkçi tikili və içərisində ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.