REGİONLAR


Sumqayıtda Bayraq Muzeyi üçün müasir bina tikilir

Sumqayıt, 24 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

“Sumqayıt bulvarı” istirahət kompleksi ərazisində daha bir mədəniyyət abidəsinin - Bayraq Muzeyi üçün binanın inşası uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, ikimərtəbəli binada müasir işıqlandırma istilik və soyutma sistemi quraşdırılıb. Həmçinin təhlükəsizliyin təmin olunması məqsədilə kameralar qoyulub. Binanın dam örtüyü vurulub, fasadı aqlay daşlarla üzlənib. Hazırda ərazidə abadlıq işləri aparılır. Burada yaşıllıqlar salınacaq, dekorativ ağaclar və gül kolları əkiləcək.

Sumqayıtda Bayraq Muzeyinin yaradılması Azərbaycan tarixinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün artırılmasına, vətənpərvərlik ruhunun yüksəlməsinə mühüm töhfə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.