REGİONLAR


Sumqayıtda Beynəlxalq Əlillər Günü qeyd olunub

Sumqayıt, 4 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda Beynəlxalq Əlillər Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ, Əfqanıstan müharibələri və Çernobıl əlilləri, həmçinin müvafiq ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə diqqətə çatdırılıb ki, BMT tərəfindən təsis olunan Beynəlxalq Əlillər Günü bütün dünyada qeyd olunur. Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, 1994-cü ildən etibarən bu gün Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Onların sosial problemlərinin həlli üçün zəruri tədbirlər görülür.

Vurğulanıb ki, Sumqayıt şəhərində də əlilliyi olan şəxslərə, sağlamlıq imkanı məhdud insanlara xüsusi diqqət və qayğı ilə yanaşılır. Şəhərdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yaşayış binaları istifadəyə verilib.

Əlillər çıxışlarında onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.