REGİONLAR


Sumqayıtda Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib

Sumqayıt, 18 oktyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər icra hakimiyyəti, Gənclər və İdman Baş İdarəsi və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Sonra qonaqlar Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiyalarla tanış olublar.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Tərlan Hacızadə çıxış edərək Dövlət Müstəqilliyi Gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətindəki misilsiz xidmətlərindən, onun siyasi kursunu, yüksək amallarını layiqincə yaşadan və davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində qazanılmış nailiyyətlərdən danışıblar.

Qeyd olunub ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasət nəticəsində iqtisadiyyatın dayanıqlı inkişafı təmin edilib, ölkəmizin beynəlxalq birlikdəki yeri möhkəmlənib və dünya miqyasında söz sahibi olub.

Tədbir bayram konserti ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.