REGİONLAR


Sumqayıtda Gənclərin İnkişaf və Karyera Mərkəzi açılıb

Sumqayıt, 12 fevral, AZƏRTAC

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində fəaliyyətə başlayıb. Açılış mərasimində karantin rejimi qaydalarına uyğun olaraq şəhər icra hakimiyyətinin rəhbərliyi, Gənclər Fondunun icraçı direktoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və Sumqayıt gəncləri iştirak ediblər. Üç yüzə yaxın gənc isə açılış tədbirini onlayn şəkildə izləyib.

AZƏRTAC xəbər verir ki, gənclərlə söhbət və mərkəzlə tanışlıqdan sonra tədbir iştirakçılarına GİKM haqqında təqdimat keçirilib. Açılış tədbirindəki çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən yaradılan GİKM-lərin fəaliyyəti gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar.

Tədbir yerli istedadlı gənclər tərəfindən musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib.

Sumqayıt gəncləri, həmçinin “Gənc Könüllü” proqramına qoşulmağa dəvət olunublar.

Qeyd edək ki, artıq 32 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu il ərzində ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.