REGİONLAR


Sumqayıtda “Günəşim” kukla teatrının təqdimat mərasimi keçiriləcək

Sumqayıt, 12 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Günəşim” kukla teatrının təqdimat mərasimi keçiriləcək.

Sumqayıt Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-a bildirilib ki, kukla teatrı ilk tamaşasını aprelin 16-da təqdim edəcək. Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun təşkilatçılığı ilə yaradılan “Günəşim” uşaqların asudə vaxtının səmərəli və mənalı təşkili, onların dünyagörüşünün formalaşmasında yardımçı olmaq missiyasını yerinə yetirmək niyyətindədir.

Kukla teatrının ideya müəllifi Ayişə Səfərli, bədii rəhbəri Ramilə Sadıqova, səs rejissoru Emil Muraddır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.