REGİONLAR


Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun xatirəsi yad edilib

Sumqayıt, 15 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

İyulun 15-də Sumqayıt şəhər 13-cü mikrorayonda Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun yaşadığı binanın həyətində xatirə abidəsi yaradılıb.

Açılış mərasimində Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva, Milli Məclisin deputatları Müşfiq Məmmədli və Emin Hacıyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abidənin örtüyü götürülüb, önünə əklillər və gül-çiçək dəstələri qoyulub. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Çıxışlarda bildirilib ki, 44 günlük Vətən müharibəsində şəhidlərin qanı yerdə qalmayıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib. Böyük Qələbənin tarixi əhəmiyyəti vurğulanıb. Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan söz açılıb.

Həmçinin Sumqayıtın mərkəzində Polad Həşimovun adını daşıyan küçədə barelyefin də açılışı olub.

AZƏRTAC -0-XM

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.