REGİONLAR


Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun xatirəsinə keçirilən voleybol turnirinin qalibləri müəyyənləşib

Sumqayıt, 14 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun xatirəsinə həsr edilmiş voleybol turniri keçirilib. Məqsəd 44 günlük Vətən müharibəsinin, şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun şərəfli döyüş yolunun, Azərbaycan tarixinin, Ordu quruculuğunun, gənclər arasında fiziki aktivliyin, voleybol idman növünün şəhərdə təbliği, dostluq əlaqələrinin yaradılması və sağlam həyata təşfiqdir.

AZƏRTAC xəbər verir ki, yarış Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Turnir Nəsimi adına şəhər mədəniyyət və istirahət parkındakı “Sağlamlıq zona”sında mövcud pandemiya qaydalarına uyğun olaraq iki gün davam edib.

Yarışda Sumqayıt və Bakı Regional “ASAN xidmət” mərkəzlərini, habelə Sumqayıt şəhərinin müxtəlif sahələrini təmsil edən 16-29 yaşlı gənc könüllülərdən ibarət 9 komanda iştirak edib.

Bu gün turnirin qalibləri mükafatlandırılıb. Mərasim torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra qaliblər elan edilib. I yerə Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi, II yerə Sumqayıt Gəncləri üçün Karyera və İnkişaf mərkəzi, III yerə isə Yeni Azərbaycan Partiyasının şəhər təşkilatını təmsil edən komandalar layiq görülüb.

Qaliblərə Baş İdarənin və Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinin kubok, medal, fəxri fərman və hədiyyələri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.