REGİONLAR


Sumqayıtda Milli Qurtuluş Gününə həsr edilmiş “Bütöv Azərbaycan” adlı tədbir keçirilib

Sumqayıt, 13 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş “Bütöv Azərbaycan” adlı tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq olub və foyedəkı monitorda Ulu Öndərin Azərbaycan uğrunda xilaskarlıq missiyasından bəhs edən film izlənilib.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “dəyirmi masa” formatında keçirilən tədbir Mərkəzin konfrans zalında davam edib.

Baş İdarənin rəisi Elgün Hümbətov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndərin müstəqilliyin qorunub saxlanılması istiqamətindəki misilsiz xidmətindən, Azərbaycan dövlətinin siyasi, iqtisadi əsaslarını yaratmasından, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallaşdırmasından, fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilməsindən danışıb.

Həmçinin Heydər Əliyevin Sumqayıt şəhərinə səfərlərindən, bu səfərlərin tarixi izlərindən söz açıb.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə, Sumqayıt “ASAN xidmət” mərkəzinin əməkdaşı Nigar Qocayeva, 31 saylı tam orta məktəbin tarix müəllimi Raqif Şirinov, Gənclər Evinin direktoru Pəri Vəliyeva Ümummilli Liderin fəaliyyətinin xalqın, dövlətin mənafeyinə xidmət etdiyini, Azərbaycanın bütövlüyü uğrunda fədakarlıqla çalışdığını və bu gün hər bir Azərbaycan gəncinin Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmalı olduğunu diqqətə çatdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.