CƏMİYYƏT


Sumqayıtda “Nəqliyyat könüllüləri” aksiyası davam edir

Bakı, 8 yanvar, AZƏRTAC

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində keçirilən “Nəqliyyat könüllüləri” maarifləndirici aksiyası davam edir.

AZƏRTAC Gənclər və idman Nazirliyinin saytına istinadla xəbər verir ki, aksiyanın məqsədi sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği, ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qaydalara riayət etmək və s. vasitələrlə daha rahat və təhlükəsiz sərnişindaşımaya şərait yaratmaqdır.

Maarifləndirmə işinə müxtəlif sahələri təmsil edən ictimai fəal gənc könüllülər qatılıblar. Könüllülər qruplar şəklində Baş İdarənin və “Nəqliyyat” MMC-nin əməkdaşlarının müşayiəti ilə nəqliyyat vasitələrində sürücülərin və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələrinə dair təbliğat işi aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.