REGİONLAR
Sumqayıtda Novosibirsk Filarmonik Kamera Orkestrinin konserti olub VİDEO
Sumqayıt, 20 sentyabr, Ə.Rzayeva, AZƏRTAC
Sentyabrın 20-də Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyevin idarəçiliyi ilə Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) konserti olub.
AZƏRTAC xəbər verir ki, konsert Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilib.
Proqramda dünya və Azərbaycan bəstəkarlarının - V.A.Mosartın, P.Çaykovskinin, Rodion Şedrinin, Giya Kançelinin, Arvo Pyartın, habelə Qara Qarayevin, Firəngiz Əlizadənin əsərləri ifa olunub.
Konsert alqışlarla qarşılanıb.
Xatırladaq ki, sentyabrın 18-dən 26-dək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçirilir.