REGİONLAR


Sumqayıtda Novruz şənliyi keçirilib

Sumqayıt, 19 mart, Ətrabə Rzayeva, AZƏRTAC

Min illərdir ki, xalqımız baharın gəlişini Novruz bayramı ilə qeyd edir, bu bayramı öz milli varlığı kimi qoruyub saxlayır. Sumqayıt sakinlərinin sevimli istirahət guşəsi olan dənizkənarı bulvar baharın gəlişi münasibətilə başdan-başa bayram libasına bürünüb.

AZƏRTAC xəbər verir ki, bu il bayram şənliyi Xəzərin qoynunda lövbər salan dənizkənarı bulvarda keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinlərini təbrik edərək, bayram tonqalını yandırıb.

Dədə Qorqud və Bahar qızı xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər. Bulvarın girişində Novruz bayramına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Sonra bulvar boyunca xalq gəzintisi və bayram şənlikləri təşkil edilib. Səməni və digər Novruz atributları ilə bəzədilən bulvarda Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar, idmançıların və kəndirbazların müxtəlif nömrələri mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sonda respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.