REGİONLAR


Sumqayıtda “Şahin” hərbi-idman oyununun qalibi müəyyənləşib

Sumqayıt, 9 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhəri yaxınlığında yerləşən “N” saylı hərbi hissədə şəhər Gənclər və İdman Baş İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən “Şahin” hərbi-idman oyununun şəhər birinciliyinin qalibləri məlum olub.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Baş İdarənin rəisi Elgün Hümbətov “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinə uyğun olaraq bu kimi hərbi-idman oyunlarının mütəmadi olaraq keçirilməsinin yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, ordu sıralarına hazırlanmasında mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, gənclərin Vətənə sədaqət, müstəqil dövlətçilik ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının Baş İdarənin fəaliyyət istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb.

Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğı nəticəsində ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb, peşəkar və vətənpərvər şəxsi heyət formalaşıb və Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib.

Yarışın səkkiz mərhələsi üzrə gedən gərgin mübarizədən sonra Təbiət Elmləri Təmayüllü Gimnaziyanın komandası şəhər birinciliyinin qalibi olub. Beş nömrəli tam orta məktəbin komandası ikinci, Texniki və Təbiət Elmləri Liseyinin komandası üçüncü yerə layiq görülüb.

Birinci yerin sahibi “Şahin” hərbi-idman oyununun Göyçay rayonunda keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.