REGİONLAR


Sumqayıtda “Sazlı sözlü şəhərim” adlı aşıq müsabiqəsinə yekun vurulub

Sumqayıt, 14 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Mərkəzində şəhərin 70 illik yubiley tədbirləri çərçivəsində "Sazlı sözlü şəhərim” adlı aşıq müsabiqəsinin yekun turu keçirilib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşan müsabiqənin yekun turuna F.Əmirov adına 5 saylı Uşaq Musiqi Məktəbi, N.Nərimanov adına Mədəniyyət Mərkəzi, 4 saylı Diyarşünaslıq klubunu təmsil edən 8 iştirakçı vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, münsiflər heyətinin qərarı ilə I yerə Eldəniz Hüseynzadə, II yerə Aqil Hüseynov, III yerə Mehralı Məmmədov layiq görülərək, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Müsabiqəyə qatılan digər iştirakçılar fəxri fərmanla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.