REGİONLAR


Sumqayıtda Şəfiqə Axundovanın 95 illik yubileyi qeyd edilib

Sumqayıt, 24 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Şəhər Mərkəzi Uşaq Kitabxanasında təşkil olunan Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın 95 illik yubileyinə həsr edilən “Musiqidə yaşanan ömür” adlı musiqi gecəsi maraqlı anlarla yadda qalıb. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi çərçivəsində S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbi ilə birgə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Uşaq Kitabxanasının multimedia üzrə mütəxəssisi Leyla Mahmudova görkəmli incəsənət xadimi, Xalq artisti Şəfiqə Axundovanın həyat və yaradıcılığı haqqında məlumat verib. S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbinin müəllimi Vüsalə Həşimova görkəmli bəstəkarın vətənpərvərlik mövzusundan bəhs edən mahnılarından danışıb.

Sonra tədbir iştirakçıları görkəmli bəstəkarın ömür yolundan bəhs edən videofilm izləyiblər.

Musiqi gecəsi S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbinin müəllim və şagird kollektivinin təqdim etdiyi konsert proqramı ilə davam edib. Məktəbin müəllimləri Faiq Şıxbabayev (tar), Zərifə Qurbanova (kamança) və Kamran Qədəşovun (nağara) müşayiəti ilə Rövşanə Əliyevanın ifasında “Nədən oldu”, Zərifə Zərbəliyevanın ifasında “Mehriban olaq” mahnıları, Nihad Kamillinin tarda ifa etdiyi “Bayatı Şiraz” muğamı oxucular tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.