Sumqayıtda Silahlı Qüvvələr Gününə həsr edilmiş bilik yarışının qalibləri mükafatlandırılıb
AzerTAg.az
Sumqayıt, 23 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda 26 İyun – Silahlı Qüvvələr Gününə həsr edilmiş bilik yarışı keçirilib. Yarış Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Gənc Müəllimlər Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, tədbir ümumtəhsil müəssisələrinin VII-IX sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” formatda təşkil edilib. Yekun nəticəyə əsasən 30 nömrəli tam orta məktəbin “Dəmir yumruq”, 12 nömrəli tam orta məktəbin “Nəsirəddin Tusi”, 2 nömrəli tam orta məktəbin “Mübarizlər” komandaları müvafiq olaraq I-III yerlərə layiq görülüblər.
Qalib komandalar Baş İdarənin kubok, medal və fəxri fərmanları ilə təltif ediliblər.






Xəbərin mətnində orfoqrafik səhv var