REGİONLAR
Sumqayıtda “Şuşa Kuboku” bilik yarışının qalibləri məlum olub
Sumqayıt, 22 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtdakı Heydər Əliyev Mərkəzində “Xəmsə” formatında keçirilən “Şuşa Kuboku” bilik yarışının yarımfinal və final mərhələsinə yekun vurulub. Tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Cari ilin mart ayından start götürən yarışda şəhərin 32 ümumtəhsil müəssisəsinin komandaları iştirak edib. Tədbirin keçirilməsində məqsəd Azərbaycanın şanlı tarixi olan 44 günlük Vətən müharibəsinin və milli-mənəvi dəyərlərimizin məktəblilər arasında geniş təbliği, gənclərin vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi, intellektual oyunlara marağın artırılması və onlar arasında sağlam elmi rəqabət mühitinin yaradılmasıdır.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ümumilikdə, 200-ə yaxın şagirdin iştirak etdiyi bilik yarışının final mərhələsində 35 saylı tam orta məktəbin “Polad” komandası I, 28 saylı tam orta məktəbin “Kepler” komandası II, 1 saylı tam orta məktəbin “Zəfər” komandası isə III yeri tutub.
Qalib komandalar Baş İdarənin kubok, medal və fəxri fərmanları ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]