CƏMİYYƏT


Sumqayıtda “Təmiz hava” aylığı çərçivəsində keçirilən reyd zamanı bir neçə sürücü cərimələnib

Bakı, 11 aprel, AZƏRTAC 

“Təmiz hava” aylığı çərçivəsində Sumqayıtda maarifləndirici-profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər. Tədbirin keçirilməsində məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra həmin nəqliyyat vasitələrinin sahibləri haqda müvafiq qərar qəbul edilib. “Təmiz hava” aylığı çərçivəsində keçirilən tədbir zamanı şəhər ərazisində 50 avtomobil saxlanılıb. Atmosferə normadan artıq dəm qazı buraxan 5 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun qaydada protokollar tərtib edilib.

Qayda pozan digər sürücülər barəsində də müvafiq cərimələr tətbiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.