İDMAN


Sumqayıtda U-21 Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi Fransa futbolçuları ilə qarşılaşır

Sumqayıt, 7 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC 

Sumqayıtdakı “Kapital Bank Arena” stadionunda Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunu başlanıb. İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Fransa komandasını qəbul edir.

AZƏRTAC xəbər verir ki, oyunu türkiyəli hakim Halis Özkahya idarə edir. Ona həmyerliləri Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy kömək edirlər. Milan Obradoviçin baş məşqçi olduğu yığmağımız üçün oyun 2020-ci ildə ilk sınaqdır.

Məlum səbəblərdən matç azarkeşlərsiz keçir. Qonaqlar arasında Fransanın Azərbaycandakı səfiri Zakari Qros, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və qurumun departament, şöbə müdirləri oyunu izləyirlər.

Qeyd edək ki, bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 8-də olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.