CƏMİYYƏT


Sumqayıtda Ümumdünya İlk Tibbi Yardım Günü ilə əlaqədar təlim keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə Gənclər Evində Ümumdünya İlk Tibbi Yardım Gününə həsr olunan təlim keçirilib.

Qızıl Aypara Cəmiyyəti mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Pərvin Rəsulov çıxış edərək seminarın “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, gənclərin ətrafda baş verə biləcək fövqəladə və bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi ilə əlaqədar biliklərinin artırılması məqsədilə keçirildiyini qeyd edib.

Təlimi Fövqəladə Mobil Könüllü Dəstənin üzvləri İxtiyar Quliyev, Nərmin Əliyeva və Zeynəb Əliyeva aparıblar. Təlimdə iştirakçılara tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, yaralar, yanıqlar və s. mövzular ətrafında geniş məlumat verilib, praktiki olaraq nümunələr göstərilib.

Təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onlara maarifləndirici bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.