REGİONLAR


Sumqayıtda Vətən müharibəsi şəhidi Emil İsgəndərovun xatirəsi anılıb

Sumqayıt, 6 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində “Dostluq” Mədəniyyət Evinin təşkil etdiyi Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Dəstənin giziri Emil İsgəndərovun doğum günü ilə əlaqədar “Şəhidlik ən uca addır” adlı tematik gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Tərlan Hacızadə, Sumqayıt şəhər Cümə məscidinin axundu hacı Rauf Sərdarov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşı, “Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri Ceyran Həsənova və şəhidin yaxın qohumları iştirak ediblər.

Əvvəlcə torpağımızın işğaldan azad edilməsi uğrunda mübarizədə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhid Emil İsgəndərov haqqında ətraflı məlumat verilib, videoçarx nümayiş olunub.

Çıxış edənlər ən müqəddəs zirvəyə - şəhidlik zirvəsinə ucalan igidlərimizin hər biri ilə qürur duyduqlarını bildiriblər.

Tədbirin bədii hissəsində şəhid Emil İsgəndərova həsr olunan səhnə canlandırılıb. “Qönçə” xor kollektivi və bədii özfəaliyyət kollektivinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.

Şəhidin atası Vaqif İsgəndərov çıxış edərək ilk növbədə Prezident İlham Əliyevə şəhid ailələrinə, həmçinin qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.