REGİONLAR
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Sumqayıt, 4 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Bütün Azərbaycanda olduğu kimi, Sumqayıt şəhərində də saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, ölkənin ikinci sənaye şəhəri - Sumqayıt ərazisində bütün nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb, inzibati binalarda dövlət bayraqları endirilib, avtomobillərdən səs siqnalları verilib.
Sonra Sumqayıtın Cümə məscidində anım mərasimi keçirilib. Hərbi əməliyyatlar zamanı şəhid olan hərbçi və mülki vətəndaşların əziz xatirəsinə vəhdət namazı qılınıb, dualar oxunub, Quran tapşırılıb.
Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.