REGİONLAR


Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Sumqayıt, 16 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Mərkəzi Uşaq Kitabxanasında İkinci Qarabağ müharibəsinin sumqayıtlı şəhidləri Vüsal Allahverdiyev, Nurlan Nuruzadə və Samir Nadirovun əziz xatirəsinə həsr edilən “Yurd uğrunda şücaətlə ölənlər” adlı tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, N.Tusi adına 12 nömrəli tam orta məktəbin 6e sinif şagirdlərinin, valideynlərin və fəal oxucuların iştirakı ilə keçirilən tədbir Vətən uğrunda canından keçən şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Tədbiri giriş sözü ilə açan kitabxananın multimedia mütəxəssisi Səbinə Qasımova Zəfər tariximizdən, xalqımıza böyük Qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş əməliyyatlarından söhbət açıb, bu müharibədə əldə olunan böyük Qələbədə pay sahibləri olan şəhidlərin keçdiyi şərəfli ömür və döyüş yolundan danışıb, onların xatirəsinin hər zaman uca tutulmasının, gənc nəsillərə tanıdılmasının vacibliyini vurğulayıb.

Tədbirdə 1 nömrəli məktəbin şagirdləri 2020-ci il Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə daxil olan 44 günlük Vətən müharibəsinin əhəmiyyətindən danışıb, şeir söyləyib, şəhid Vüsal Allahverdiyevin rəsmini, Şuşanın əsrarəngiz gözəlliklərindən ibarət təbiət təsvirlərini kitabxanaya hədiyyə ediblər.

Sonra tədbir XXI əsrin ən böyük hərb savaşını qazanaraq şəhidlik zirvəsinə ucalan Vətən övladlarından Vüsal Allahverdiyev, Nurlan Nuruzadə və Samir Nadirovun həyat və döyüş yolundan bəhs edən videoçarxların nümayişi ilə davam edib.

Daha sonra Şəhidlər xiyabanında şəhidlərin məzarları ziyarət olunub, məzarları üzərinə tər qərənfillər düzülərək, onların əziz xatirələri yad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.