REGİONLAR


Sumqayıtda “Xatirələr sorağında”...

Sumqayıt, 7 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə “Xatirələr sorağında” adlı bədii gecə təşkil olunub. Tədbir 9 noyabr – Dövlət Bayraq Gününə həsr edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi, Əməkdar mədəniyyət işçisi Mehman Şükürov son illərdə Sumqayıtda aparılan tikinti-quruculuq işlərindən, inşa edilən mədəniyyət obyektlərindən, şəhərdə mədəniyyət sahəsində həyata keçən layihələrdən danışıb.

Daha sonra bir sıra televiziya layihələrinin rəhbəri olmuş Malik Məmmədovun aparıcılığı ilə davam edən gecədə Sumqayıtın yetirmələri olan sənət adamlarının ifaları dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.