İDMAN


Sumqayıtda “Yay Futbol Düşərgəsi” layihəsi uğurla başa çatıb

Sumqayıt, 13 iyul, AZƏRTAC

“Sumqayıt” Futbol Klubunda ənənəvi şəhər məktəbliləri üçün təşkil edilən “Yay Futbol Düşərgəsi” layihəsi başa çatıb. Layihə “Kapital Bank” ASC, “Paşa Həyat Sığorta” ASC-nin sponsorluğu, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Şəhər Təhsil Şöbəsi, “Azərikimya” İstehsalat Birliyinin dəstəyi ilə reallaşıb.

Layihənin koordinatoru Cəmilə Fəyyaz AZƏRTAC–a bildirib ki, iyulun 1-də start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçirilib. Düşərgənin ilk qrupunda iştirak edən şagirdlər Vətən müharibəsində şəhid və qazi olan igid əsgərlərimizin övladları olublar.

“Düşərgəyə cəlb olunan məktəblilər üçün maraqlı və rəngarəng proqram təşkil edilib. Onlar əyləncəli və eyni zamanda, səmərəli təqdimatların iştirakçısı olub, bir çox sahədə bacarıq və vərdişlərini inkişaf etdirmək imkanı əldə ediblər. Müəllimlərin və məşqçilərin rəhbərliyi ilə təşkil olunan ekskursiyalar, tanınmış insanlarla görüşlər, zəngin düşərgə həyatı şagirdlərin istirahətini daha da mənalı və yaddaqalan edib. Bununla yanaşı, iştirakçılar daim peşəkar psixoloq nəzarətində olub, pandemiyanın yaratdığı yeni davranış qaydaları haqqında bilgilər əldə ediblər”, - deyə C.Fəyyaz vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.