REGİONLAR


Sumqayıtda “Zəfər palitrası” adlı vernisaja hazırlıq gedir

Sumqayıt, 25 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıtda yaşayıb-yaradan vətənsevər təsviri və dekorativ tətbiqi sənət ustaları Vətən müharibəsində qazanılan Qələbədən ilhamlanaraq, bu mövzuda sənət əsərləri yaratmaqdadırlar.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 8 noyabr – Zəfər Günü ərəfəsində keçiriləcək “Zəfər palitrası” adlı sərgiyə ciddi hazırlıq aparılır.

Sərginin keçirilməsində məqsəd azad olunmuş ərazilərin füsunkar təbiətinin, mədəni irs nümunələrinin təsvir və tərənnümü, müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və böyük tarixi Zəfərin rəssamların peşəkarlığı və yaradıcılıq məharəti ilə təsviri və dekorativ-tətbiqi sənət əsərlərində nümayiş olunmasıdır.

Sərgi 2021-ci il noyabrın 5-də Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.