CƏMİYYƏT


Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb

Bakı, 20 sentyabr, AZƏRTAC 

Sumqayıtda və Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri A.Rzayevin idarə etdiyi “Hyundai” və Fuad Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F.Musazadə və A.Rzayevin avtomobilində olan sərnişin, həmyerlisi Kamran Atayev hadisə yerində ölüb, özü xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində isə Bakı şəhər sakinləri Seyidmiri Fəttahovun idarə etdiyi “VAZ-2106” və Rafiq Həsənovun sürdüyü “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə S.Fəttahov hadisə yerində ölüb, bir sərnişin və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Hadisə Sabunçu Rayon Polis İdarəsində araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.