REGİONLAR


Sumqayıtda aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər keçirilir

Sumqayıt, 28 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərə hazırlıqla əlaqədar Sumqayıt şəhərində fəaliyyət göstərən dörd seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər keçirilir.

44 saylı Sumqayıt–Xızı seçki dairəsi dairə seçki komissiyasının katibi Təravət Rəsulova AZƏRTAC–a bildirib ki, Mərkəzi Seçki Komissiyasının təşkil etdiyi təlim dörd gün müddətində dairənin tərkibində olan 43 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri üçün təşkil edilib.

Məşğələdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə proseslərinə dair praktiki tapşırıqlar ətrafında təlim aparılıb.

İştirakçıların sualları cavablandırılıb.

Dairə seçki komissiyasının katibi bildirib ki, dairə üzrə bu günə 16 namizəd qeydə alınıb. Onlar müxtəlif siyasi partiyaları təmsil edir.

Ümumilikdə şəhər üzrə 300 nəfər müşahidəçi və məşvərətçinin qeydiyyatdan keçdiyini deyən T.Rəsulova dəqiqləşdirilmiş son seçici siyahısına görə, dairə üzrə seçicilərin ümumi sayının 41 min 232 nəfər olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.