REGİONLAR


Sumqayıtda aşıq müsabiqəsinin birinci turuna yekun vurulub

Sumqayıt, 15 may, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt şəhər N. Nərimanov adına Mədəniyyət Mərkəzində şəhərin 70 illiyi çərçivəsində “Sazlı sözlü şəhərim” adlı aşıq müsabiqəsinin birinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə keçirilən müsabiqədə Bülbül adına Uşaq İncəsənət Məktəbi, F. Əmirov adına Uşaq Musiqi Məktəbi, S. Rüstəmov adına Uşaq İncəsənət Məktəbinin şagirdləri, həmçinin N. Nərimanov adına Mədəniyyət Mərkəzi, 4 nömrəli diyarşünaslıq klubu, Dostluq Mədəniyyət Evinin özfəaliyyət kollektivlərinin üzvləri, habelə həvəskar saz ifaçıları instrumental və vokal aşıq havalarını ifa ediblər.

İfaları ilə yüksək bal toplayan səkkiz iştirakçı Ə. Kərim adına Poeziya Klubunun direktoru, şair İbrahim İlyaslı, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt bölməsinin sədri Qənirə Mehdixanlı, Aşıq Kəmalə Qubadlı, Aşıq Elməddin Məmmədlidən ibarət münsiflər heyətinin qərarı ilə ikinci tura vəsiqə qazanıblar.

Müsabiqənin ikinci turu iyunun 11-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.