CƏMİYYƏT


Sumqayıtda avtomobil oğurlayan əvvəllər məhkum olunmuş şəxslər məsuliyyətə cəlb olunublar

Bakı, 13 sentyabr, AZƏRTAC

Sumqayıt şəhərində avtomobil oğurlayan keçmiş məhkumlar məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 27-də T.Həşimovun “Niva” markalı avtomobilini oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar S.Baqiri və E.Əliverdiyev şəhər polis idarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.