CƏMİYYƏT


Sumqayıtda azyaşlı qızın fiziki zorakılığa məruz qalması iddiası ilə bağlı araşdırma aparılıb

Bakı, 9 sentyabr, AZƏRTAC 

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə azyaşlı uşağın ögey atası tərəfindən fiziki zorakılığa məruz qalması barədə yayılmış məlumatların yerində araşdırılması məqsədi ilə Ombudsman Aparatının əməkdaşları Sumqayıt şəhərində olublar.

Ombudsmanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, araşdırma çərçivəsində Ombudsmanın nümayəndələri, o cümlədən ixtisasca psixoloq olan əməkdaş tərəfindən həmin ailə ilə görüş keçirilib, anasının iştirakı ilə azyaşlı qızla, habelə uşağın valideynləri ilə fərdi qaydada söhbətlər aparılıb. Mövcud vəziyyətdə valideyn və uşağın hüquq və vəzifələri barədə onlara hüquqi məsləhət verilib, uşağın hüquq və mənafelərinin təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Məsələ Ombudsmanın nəzarətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.